Zeytun yağını saxtasından necə ayırd etmək olar?

MARAQLI
21:40 / 13.05.2024
925

Zeytun təbiətin insana bəxş etdiyi ən şəfalı bitkilərdən biridir.

Təbii zeytun yağı min bir dərdə dərmandır.

Bəs əsl zeytun yağını saxtasından necə ayırdı etmək olar?

Çox zaman mağazalarda zeytun yağı adı ilə digər bitki yağları satılır.

Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, saxta yağı evdə sadə bir üsulla ayırd etmək mümkündür:

“Evdə bir kasa soyuq su götürün və üzərinə zeytun yağı damladın. Əsl zeytun yağı suya düşəndə suda qabarcıqlar əmələ gəlir və yağ damlaları ideal dairə şəklidə olur. Bu yolla saxta zeytun yağı ilə əsl  zeytun yağını bir-birindən fərqləndirmək olar”.

Yasəmən Əliyeva bildirib ki, əsl zeytun yağı bağırsaqlar, ürək damar sistemi,  dəri və saçların sağlamlığı, gözəlliyi üçün əvəzsiz nemətdir:

“Onun tərkibi, E, K vitaminləri ilə zəngindir, insanı xərçəng xəstəliyindən qoruyur".

Murad

0