Son zamanlar cəmiyyətdə qəribə bir hal hiss olunur.
İnsanlar ünsiyyətə girmək, qohum-əqrəbalarına baş çəkmək kimi bir sıra keyfiyyətləri yadırğayıblar.
Bəzilərimiz ünsiyyətdən qaçır, insanların dərd-sərlərindən uzaq olmağa çalışırıq.
Beləcə, yaxın qohum-əqrəbalarla münasibətlər korlanır. Münasibətlərin yadlaşması, canlı ünsiyyətin yadırğanmasının kökündə başqa amillər də dayanır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, insanlar bir-birlərini dinləməyi bacarmırlar. Canlı ünsiyyətin pozulmasında digər aparıcı amil insanların bir-birlərini dinləməyi bacarmamasıdı:
“Ünsiyyət birtərəfli olduğu üçün insanlar düşünürlər ki, qarşı tərəf onunla danışmaq niyyətində deyil. Bu da, əlbətdə ki, canlı ünsiyyətin yox olmasına səbəb olur. İnsanlar arasında hər zaman canlı ünsiyyət olmalıdı. İnsanın durumundan, yaşayış tərzindən, ailə vəziyyəti və psixologiyasından çox şey asılıdı. O, tanıdığı şəxslərlə münasibətdə hər zaman qayğılı olmalı, onlardan hal-əhval tutmalı, dərdlərinə şərik olmalıdı. Düşünün ki, sizin kimi qarşınızdakı şəxsin də qayğıya, sevgiyə böyük ehtiyacı var. İnsan cəmiyyətdə özünü normal hiss edirsə, sosial-mənəvi tələbləri təmin olunursa, təbii ki bu insan fikir və düşüncələrini dostları ilə bölüşməyə çalışacaq. İnsanın həyatında sıxıntılar, sosial-mənəvi problemlər olarsa, bu zaman onun digərləri ilə canlı ünsiyyətində də problemlər yaranacaq. Çünki o, belə mühitdə özünü cəmiyyətdən təcrid olunmuş hiss edir. Öz dünyasına qapalı olan şəxslər daha çox problem içində olur, qısa ömür sürürlər. Dünyadan təcrid olunmaq düzgün deyil. Hər zaman qohum-əqrəbalara, yaxınlarımıza ehtiyacımız ola bilər, onların da bizə".
Sevinc