Çörək niyə kiflənir və onu kifdən necə qorumaq olar?

MARAQLI
22:58 / 23.05.2024
1017

Köhnəlmiş çörəklərin kifləndiyi hər kəsə məlumdur.

Lakin Hit.az bildirir ki, bunun qarşısını almaq mümkündür.

Ümumiyyətlə, çörəyin üzərində mikroorqanizmlərin çoxalması nəticəsində kif yaranır. Həmçinin, çörək köhnəldikcə üzərində ləkələr formalaşmağa və artmağa başlayır. Kiflənmiş çörək insan orqanizmi üçün olduqca təhlükəlidir və əsla yeyilməməlidir. Çörəyi kifli şəkildə yemək zəhərlənməyə və daha ağır nəticələrə səbəb ola bilər. 

Bəs çörəklərin kiflənməsinin qarşısını necə almaq olar?

1. Çörək nəmdən uzaq olmalıdır. Onu alüminium folqa və ya kağız dəsmalla sarın.
2. Çörəyi nəmdən qoruyan hava keçirməyən çörək qutusuna saxlayın. 
3. Çörəyi dilimləyin və soyuducuda saxlayın.
4. Çörəyi soyuducuda saxlamaqla onun istehlak müddətini uzada bilərsiniz. 
5. Çörəyi ağzı bağlı torbada saxlayın. Unutmayın, çörəyə nəm çatmasa, kiflənməyəcək.

Bəs çörək niyə kiflənir?

Çörək kifinin ən əhəmiyyətli səbəbi üzərində göbələklərin yaranmasıdır. Havadan düşən göbələklər nəmli mühitdə sürətlə çoxalır. Bu çoxalma zamanı isə çörəyin tərkibindəki qida maddələrindən istifadə edirlər.

Pərviz

0