Soğanın saysız-hesabsız faydaları mövcuddur.
Hit.az bildirir ki, o sözün əsl mənasında şəfa mənbəyidir.
İmmun sistemini gücləndirən və infeksiyalara qarşı mübarizə aparan soğanın tam fərqli bir faydası da üzə çıxıb. Belə ki, soğanı dabanınıza qoyaraq möcüzəvi təsirləri görə bilərsiniz. Deməli, soğan daban ağrılarına qarşı olduqca effektivdir. Hətta onun krem və dərmandan daha faydalı olduğu deyilir.
Üstəlik, bu üsulla soyuqdəymədən də xilas ola bilərsiniz. Bunun üçün gecə yatmazdan əvvəl soğanı yarıya bölüb corabınızın içərisinə, dabanınızın düz altına qoymağınız kifayət edir. Bundan əlavə, yatmazdan əvvəl corablarınıza soğan qoysanız, ayağınız bakteriya, göbələk və infeksiyalardan təmizlənəcək.
Pərviz