Lalə barmağındakı üzükdən danışdı: Kim hədiyyə edib?

21:02 / 01.06.2024
1144

Bədii gimnastika üzrə Rusiyanın mütləq çempionu Lalə Kramarenko barmağındakı üzük haqda danışıb. Cümə günü 19 yaşlı idmançı Moskvada keçirilən “Ən Güclülər Kuboku”nun ikinci mərhələsində iştirak edərək, sağ əlinin adsız barmağında üzüklə ictimaiyyət qarşısına çıxıb.

Lalə üzüyün hədiyyə olduğunu bildirib.

“Barmağımdakı nişan üzüyü deyil. Bu, valideynlərimin hədiyyəsidir, həmişə mənimlədir. Niyə sağ əlin barmağında? Çünki sol əlimdə məşqin sonunda çıxaracağım əlcək var. Bəyin olub-olmadığı sualına cavabım “yox” olacaq”, – RİA Novosti Kramarenkonun sözlərini sitat gətirib.

Qeyd edək ki, Lalə Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır./Publika.az

0