İnsanlar tənhalıq və özünə inamsızlıq hisslərinə görə, eləcə də həyatdan narazılıqlarına görə dedi-qodu etməyi sevirlər.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, birinin “arxasınca danışmaq” başqalarının hesabına özünü təsdiq etmək üsuluna çevrilib:
“Qeybət tənhalıq, özünə inamsızlıq, həyatdan narazılıq hisslərinin öhdəsindən gəlməyə kömək edir. Çünki psixoloji nöqteyi-nəzərdən bəzi hadisələrə və ya insanlara münasibətdə oxşar hissləriniz əsasında başqası ilə birləşmək özünə əminlik yaradır. İnsanlar əylənmək üçün də dedi-qodu edə bilərlər. Bir qayda olaraq, müzakirə olunan hekayələr gülmək üçün səbəb ola bilər. Həmçinin, başqa bir insanın sizinlə kimisə və ya nəyisə müzakirə etməyə hazır olması etibarın və ya müəyyən dərəcədə yaxınlığın göstəricisi ola bilər. Lakin qeybət edərkən sizə güvənən və şəxsi məlumatlarını paylaşan şəxsə zərər verə bilərsiniz. Bu, öz növbəsində, şəxslərarası münasibətlərə və bəlkə də nüfuzunuza xələl gətirə bilər”.
Sevinc