Niderland mühəndisləri dünyanın ən uzun velosipedini yaratdı - VİDEO

MARAQLI
18:38 / 28.06.2024
148

Niderlanddan olan mühəndislər dünyanın ən uzun velosipedini yaradıblar. Onun uzunluğu 55 metrdir.

HİT.az xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

İdeyanın müəlliflərindən biri, 39 yaşlı İvan Şalkın dediyinə görə, o, uşaq ikən Ginnesin Rekordlar Kitabında oxuduğu vaxtdan dünyanın ən uzun velosipedini yaratmağı düşünürmüş. İllər sonra planlarını həyata keçirməyə başlayıb, ancaq təkbaşına öhdəsindən gələ bilməyəcəyini anlayıb və kömək üçün həmfikirlərinə müraciət edib.

"Məqsəd dünyanın ən uzun velosipedini yaratmaqla dünya rekordunu qırmaq idi. Buna nail olmaq üçün velosipedimizi yaradanda biz Rekordlar Kitabının bütün qaydalarını nəzərə almışıq", deyə İvan şərh edib.

Nəticədə mühəndislər velosipedi yaratmaq üçün təxminən dörd il sərf edib, sonra onu ictimaiyyətə təqdim ediblər. Ginnesin Rekordlar Kitabı komissiyasının üzvləri İvan və dostlarının ixtirasını dünyanın ən uzun velosipedi olaraq təyin edərək rekordu qeydə alıblar.

Samir

0