Qara tut ləkəsi necə keçər? - Elə tutun özü ilə...

18:23 / 02.07.2024
1160

Tut ən faydalı meyvələrdən biridir.

Hit.az bildirir ki, tutun xüsusilə ürək sağlamlığı üçün çox böyük faydaları var.

Buna baxmayaraq, tut yeyərkən əlimizin şirə olması kimi problemlə qarşılaşırıq. Üstəlik, bu, qara tutdursa, vəziyyət bir qədər də qəlizləşir. Çünki qara tut əli yapışqan şirə etməklə yanaşı, həm də ləkəsi qalır.

Əllərinizi nə qədər yusanız və sabunlasanız da sözügedən ləkələrin getmədiyini görürsünüz. Lakin çox sadə və təbii yolla bu problemdən saniyələr ərzində xilas ola bilərsiniz.

Belə ki, tutun ləkəsini elə tutun özü aparır. Bunun üçün sizə tam yetişməmiş qırmızı tut lazımdır. Onu sıxaraq suyu ilə əllərinizi təmizləyə bilərsiniz. Necə möcüzəvi təsir göstərdiyini öz gözlərinizlə görəcəksiniz. Beləliklə, əllərinizdə heç bir ləkə qalmayacaq. 

Xüsusilə ağacdan qara tut yığıb yedikdən sonra yetişməmiş tut dərərək əllərinizdəki ləkələrdən xilas ola bilərsiniz. 

Pərviz

0