Yay gəldi və özü ilə bərabər bəzi gigiyenik problemləri də gətirdi.
Yayda qoltuqaltı tərləmələri, pis ayaq qoxusundan hansı təbii yollarla azad olmaq olar?
Hit.az-ın bu sualını cavablandıran fitoterapevt Yasəmən Əliyeva bildirib ki, bu problemi bahalı antipespirantlar olmadan da aradan qaldırmaq olar:
"Hər evdə olan diş pastası ilə qoltuq altını və ayaqları yumaq olar. Sodalı su ilə yuyunmaq da yaxşıt sir edir. Şalfey bitkisini qaynadıb , onun suyu ilə tərləyən zonanı yumaq da müsbət təsir edir” -deyə həkim bildirib.
O qeyd edib ki. pis qoxu yediyimiz qidalarla və həmin bölgədə mikrobların toplanması ilə də əlaqəlidir:
“Ona görə yayda pis qoxu verəcək sarımsaq, soğan kimi bitkilərdən uzaq durmaq lazımdır. Ayaqqabılar iylənməsin deyə, onların içini sirkəli və ya spirtli su ilə silmək vacibdir”
Murad