Araşdırmalar zamanı məlum olub ki, eqoizmə meyilli olan insanları adətən, özlərini cəmiyyətdə təsdiq edə bilmir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, insanın cəmiyyətdə ən böyük problemi özünü təsdiq edə bilməməsidir. Bu, çox böyük bir bəladır:
"İnsan özünü ifa edə bilmirsə, o, heç vaxt özünü təsdiq edə bilməyəcək. Valideynlərinin istəyi ilə musiqi təhsili alan, ya da idmana gedən, mütləq şəkildə “sən ali məktəb tələbəsi olmalısan”- deyə repetitorlar yanına göndərilən uşaqlar təzyiq altında böyüyürlər. Onların arzu- istəkləri nəzərə alınmır. Bu cür uşaqlar bir növ qol-qanadı bağlanan, qəfəsə salınan quş kimi böyüyür, çox vaxt da həyatda özlərini tapa bilmirlər. Onların ünsiyyətində, davranışında, hətta gələcəkdə quracaqları ailələrdə belə problemlər yaranır. Kiminsə övladı bacarıqlı, istedadlıdırsa, sizin də övladınız elə olmalıdır deyə bir məcburiyyət yoxdur. İnsanın özünü düzgün dəyərləndirməsi, yəni öz qədrini bilməsi üçün özünü hamıdan daha yaxşı tanıması vacibdir. Sorğu keçirilərsə, 100 adamdan heç 90-ı özünü nə fiziki, nə psixoloji, nə mənəvi, nə də astral cəhətdən tanımayacaq. Bu bir qədər inandırıcı səslənməsə də, təəssüf ki, belədir".
Sevinc