6 ay sonra Yer kürəsini nə gözləyir?

20:57 / 16.07.2024
761

"6 ay sonra Yer kürəsi öz yeni təkamül prosesinə daxil olacaq. Bildiyimiz hər şeyi unudun, bəşəriyyət böyük dəyişimə uğrayacaq. Dollardan asılılıq, maliyyə məsələləri, dövlətlərin sərhədləri aradan qalxacaq. Karma günü gəlir. Nə olacaq? Nə əkmişik, onu da biçəcəyik".

Bu fikirləri Hit.az-a ezoterik alim, araşdırmaçı İskəndər Rağıyev söyləyib.

Onun fikrincə, insanın kainata göndərdiyi müsbət enerji çox olmalıdır ki, bəşəriyyət xilas olsun:

"Dünyanı yaxşı düşüncə, sevgi və yaxşı niyyət xilas  edəcək. Ezoterika əslində bütün böyük dinlərin kökündə dayanmış və min illərdir təlqin edilən bir şüarı təkrar  səsləndirir. Yaxşılıq edin, fikirlərinizi, niyyətinizi təmiz saxlayın. Dinlərin də əmri bu deyilmi? Ezoterika bunu fəqli formada deyir.Yer kürəsinin daxil olduğu kainatdakı 13 min illik yolçuluğu 6 ay sonra başa çatacaq. Biz yeni mərhələyə,teni düşüncə formasına daxil olacağıq.Bundan qorxmaq lazım deyil, hər şey yaradıcının  planları daxilindədir", deyə o qeyd edib .

Murad

0