Cənubi Ural Dövlət Universitetinin alimləri beynəlxalq tədqiqatçılarla birlikdə Tunc dövründə sərgərdan metallurqların mövcudluğu fərziyyəsini təsdiqləyən ilk birbaşa sübut aşkar ediblər.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “Archaeological and Anthropological Sciences” jurnalında dərc olunub.
Tədqiqatçılar təxminən 4000 il əvvəl Cənubi Trans-Uralda çiçəklənən Sintaşta mədəniyyətinə mənsub olan qocanın unikal dəfninin hərtərəfli təhlilini aparıblar.
Orta Tunc dövrünün sonunda Cənubi Ural çöllərində formalaşmış Sintaşta mədəniyyəti, əsasən yaşayış məntəqələrində və bəzi dəfnlərdə tapılan çoxsaylı metallurgiya istehsalı sübutları ilə xarakterizə olunurdu.
Tədqiqatçılar istehsal dövrünü əks etdirən metallurgiya atributları kompleksinin tapıldığı dəfni təhlil edərək metallurqların hərəkətliliyi ilə bağlı fərziyyəni sınamağa çalışıblar. Tapıntılar arasında qəbir məmulatlarında nadir hallarda rast gəlinən hazır məhsullar, əritmə üçün metal qırıntıları, şlaklar və filizlər var idi. Mütəxəssislərin fikrincə, bu məlumatlar qədim dövrlərdə metallurqların həyat və hərəkətlərinə işıq sala bilər.
Diş və sümüklərin təhlili göstərib ki, tapılan metallurqun doğulduğu yer onun dəfn olunduğu yerdən ən azı 100 km aralıdadır. Gənc yaşlarında bir yerdə yaşamış, sonra kifayət qədər uzun ömür sürmüş və başqa yerdə dəfn edilib.
Tədqiqatçılar hesab edirlər ki, metallurqların hərəkətliliyi nadir filiz yataqlarının axtarışı, onların məhsullarının ticarəti, eləcə də digər amillərlə bağlıdır.
Samir