Qardaş (və ya bacı) qısqanclığı ilk yaşlarda daha çox müşahidə olunur.
Bu baxımdan, 2-4 yaş dövrünü uşaqlarda qardaş (və ya bacı) qısqanclığının ən çox müşahidə olunduğu dövr adlandırmaq olar.
Uşaq psixoloqu Aynur Əliyeva Hit.a-a deyib ki, uşaqlar arasındakı qısqanclıq hissləri təbii bir duyğu olub, şiddəti və xaricə vurmağı hər uşağa görə fərqliliklərlə göstərə bilər:
"Günümüzdə baş verən hadisələrə hamı şahididir. Bacı -bacını vurdu, qardaş -qardaşı öldürdü. Bütün bu hadisələr uşaqlıq illərindən qaynaqlanır və baş verən bu hadisələrin günahkarı valideynlər hesab olunur. Valideynin uşaqlar arasında qoyduğu ayrı-seçkilik, birinə sevgi, digərinə sevgisizlik göstərməsi uşaqların psixikasını kökündən zədələyir.
Gələcəkdə baş verəcək hadisələrin qarşısını almaq üçün valideyn bu gündən uşaqlara qarşı olan davranışlarına diqqət yetirməlidir. Bəzən valideynlər uşaqlara qarşı davranışlarında böyük səhvlərə yol verir, "uşaqdır, nə bilir, unudar" fikri ilə bu davranışların sərgilənməsinə davam edirlər. Sonradan bu davranışlar uşaqların gələcəyinə, normal insan kimi formalaşmasını, cəsarətli, ağıllı, bacarıqla və həyatsevər biri olmasına öz mənfi təsirini göstərir. Valideyn övladının hər bir hərəkət və davranışına fikir verməli, onu ən başlıcası, qısqanclıqdan qorumalıdır”.
Sevinc