Naşirdən özünü inkişaf etdirmək istəyənlərə tövsiyə - Bu kitabları oxuyun

MARAQLI
18:40 / 30.07.2024
652

Müasir dünya elm, texnologiya əsridir. 

Əsrdən geri qalmamaq üçün daim oxumalı, yeniliklərlə tanış olmalı, özünü inkişaf etdirməlisən. Bəzən ali təhsil almaq belə intellektual insan axınları ilə ayaqlaşmağa imkan vermir. 

Yenilənmək, oxuyub irəli getmək üçün hansı kitabları oxumaq lazımdır? 

Günümüzün reallılarına ən çox cavab verən hansı əsərlər, kitablar var?

Bu suala ən yaxşı cavabı təbii ki, naşirlər verə bilər.

Naşir Şahbaz Xuduoğlunun fikrinə görə, 5 kitab hər kəsə universitet bitirmiş qədər dünyagörüşü və savad qazandıra bilər.

O, Hit.az-a verdiyi açıqlamada həmin kitabların adını çəkib:

“Ceyms Klirin “Atomic vərdişlər”, Robin Sharmanın “Səhər saat 5 klubu”, Robert Kiyosakinin “ Varlı ata, kasıb ata”, Napoleon Hillin “ Düşün və varlan”, Riçard koçun “ 20/ 80 prinsipi” kitabları hər kəs üçün yeni bir universitet, həyat dərsi rolunu oynayacaq”.

Murad
 

0