Heç şübhəsiz ki, Parisin, hətta Fransanın ən önəmli simvolu Eyfel qülləsidir.
Qüllə Parisin mərkəzi sayılan "Şamp de Mars" ərazisində yerləşir. Eyfel qülləsinin fransızca adı "La Tour Eiffel"dir. O 26 yanvar 1887-ci il və 31 mart 1889-cu il tarixləri arasında tikilib. Hündürlüyü 300 metr, çəkisi isə 10,100 tondur. Qüllənin dizayneri Qustav Eyfeldir. Elə onun şərəfinə də Eyfel qülləsi adlanır. Memar isə Stiven Sauvestr olub.
Ümumiyyətlə, Eyfel qülləsinin Fransız İnqilabının 100-cü ildönümünü qeyd etmək üçün Paris sərgisinin giriş qapısı kimi dizayn edilib. Əslində sözügedən qüllənin inşa olunandan 20 ildən sonra sökülməsinin planlaşdırılırdı. Buna baxmayaraq, onun bir yayım stansiyası kimi funksional olması və turistlərin marağını cəlb etməsi səbəbindən sökülməməsinə qərar verildi. Hazırda teleqüllə kimi də fəaliyyət göstərir. Həmçinin, Eyfel qülləsinin içərisində restoran və kafelər var.
Bəs Eyfel qülləsi haqqında nələri bilirsiniz?
Hit.az Eyfel qülləsi haqqında ən maraqlı 10 faktı təqdim edir:
1. İndiyə qədər Eyfel qülləsini 250 milyondan çox insanın ziyarət etdiyi düşünülür. Hər il orta hesabla 7 milyon insan Parisin ən məşhur qülləsini görməyə gedir. Məhz bu səbəbdən də sözügedən tikili Parisin əsas turizm simvolu hesab olunur.
2. Qülləsinin paslanmasının qarşısını almaq məqsədilə 25 rəssam 7 ildən bir 60 ton boya istifadə edir.
3. Eyfel qülləsinin xərcləri də olduqca böyükdür. Təkcə qülləni elektrik enerjisi ilə təmin etmək üçün ümumilikdə 80 km elektrik kabelindən istifadə olunur. Hansı ki, onunla bir kəndi tamamilə işıqlandırmaq mümkündür.
4. Qüllənin çəkisinin 10 min ağırlığında olduğu təxmin edilir.
5. Çəkidən söz düşmüşkən onu da bildirək ki, Eyfel qülləsinin tikintisində toplamda 7300 ton polad istifadə olunub.
6. İndi isə ən qəribə faktların birini nəzərinizə çatdırırıq. Belə ki, qüllənin inşası zamanı 3 min işçi 26 ay ərzində 2,5 milyon pərçimlə 18 min 38 dəmir parçasını bir araya gətiriblər.
7. Eyfel qülləsinin dəmir barmaqlıqları güclü günəş altında genişlənir, soyuq havada isə kiçilir. Bu da öz növbəsində qüllənin ölçülərini 20 santimetr dəyişir. Lakin bu proses gözlə görünmür və diqqət çəkmir.
8. Qüllədə toplam 3 mərtəbə var. Birinci mərtəbə 57 metr, ikinci mərtəbə 115 metr, üçüncü mərtəbə isə 276 metr yüksəklikdir. Bundan başqa, qüllədə 1665 pilləkən var.
9. Qüllənin tikintisinə isə təxminən 8 milyon frank vəsait sərf olunub. Bu da həmin dönəm üçün fantastik bir məbləğ sayılır.
10. Nyu-Yorkdakı "Chrysler" binası tikilənə qədər dünyanın ən hündür tikilisi Eyfel qülləsi idi.
Pərviz