Azərbaycanda ictimai nəqliyyatda yer vermək məsələsi hələ də müzakirə və mübahisə doğuran məsələlərdən biri olaraq qalmaqdadır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yaşlı, xəstə və yaşına görə körpələrə yer vermək olar. Yəni , köməyə ehtiyacı olan adama hökmən yer vermək lazımdır:
"O insan daha mədənidir ki, özündən zəif adama kömək edir. Bu gün orta yaşlı sağlam qadın ictimai nəqliyyata minirsə, özünü elə aparır ki, sanki əyləşən şəxs borcludur ki, ona yer versin. Əgər ayaq üstə dayanan şəxs sağlamdırsa, niyə başqasını məcbur etməlidir? Vallah bu gün elə cavanlar, gənclər, tələbələr var ki, ürəyi, sağlıq durumu bizlərdən pis gündədir. İnsanların düşüncəsi dəyişməlidir".
Sevinc