ABŞ və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu çirklənmiş ağ cırtdanları - sistemlərində planetləri istehlak edən sönmüş ulduzların nüvələrini axtarmaq üçün nəzərdə tutulmuş süni intellekt (AI) aləti hazırlayıb.
HİT.az xəbər verir ki, tədqiqat "The Astrophysical Journal" (TAJ) elmi nəşrində dərc olunub.
Ağ cırtdan bir planeti parçalayıb yeyəndə onun tərkibində göy cisminin dərinliklərindən ağır metallar peyda olur. Ağ cırtdanların atmosferi demək olar ki, tamamilə hidrogen və heliumdan ibarət olduğundan, digər elementlərin mövcudluğunu etibarlı şəkildə xarici mənbələrə aid etmək olar.
Bu halda, planetin daxili hissəsi sözün həqiqi mənasında ulduzun səthində yandırılır və elm adamlarına məhv edilmiş dünyanın nədən ibarət olduğunu öyrənməyə imkan verir.
Son vaxtlara qədər astronomlar oxşar ulduzların əlamətlərini axtarmaq üçün böyük həcmdə müşahidə məlumatlarını əl ilə yoxlamalı idilər.
Prosesi sürətləndirmək üçün komanda manifold öyrənmə adlı süni intellekt texnikasından istifadə edib. Onunla alqoritm verilənlər dəstində oxşar xüsusiyyətləri axtarır və oxşar elementləri sadələşdirilmiş vizual diaqramda birləşdirir. Tədqiqatçılar daha sonra qrafiki nəzərdən keçirə və hansı qrupların əlavə araşdırma tələb edəcəyinə qərar verə bilərlər.
Mütəxəssislər 100 mindən çox mümkün ağ cırtdanı çeşidləmək üçün alqoritm yaradıblar. Testlər göstərib ki, neyron şəbəkəsi çirklənmiş ulduz qalıqlarını 99% dəqiqliklə müəyyən edə bilir.
Samir