Bir-birindən qəribə 10 MƏLUMAT

MARAQLI
18:18 / 06.08.2024
511

Bu gün də maraqlı məlumatları diqqətinizə çatdıracağıq. 

İnsanlara, ölkələrə və həyata dair qeyri-adi faktlara baxacağıq. Böyük ehtimalla, sözügedən məlumatlarla ilk dəfə qarşılaşacaqsınız... 

Hit.az sözügedən məlumatları təqdim edir:

1. Ac qala bilərsiniz, amma susuz qalmaq həyatınızı itirməyinizə səbəb ola bilər. Belə ki, bir ay heç nə yemədən yaşaya bilərsiniz, amma su içmədən ancaq sadəcə bir həftə həyatda qala bilərsiniz. Çünki bir həftə ərzində orqanizmdə suyun miqdarı 10 faiz azalır. Bu isə insanın ölümünə səbəb olur. 
2. Çox məyusedici bir faktla davam edirik. Araşdırmalar nəticəsində məlum olub ki, ABŞ-dəki boş ev sayı evsiz insanların sayından artıqdır. 
3. Elə Amerikadan daha bir qəribə faktı diqqətinizə çatdıraq. Deməli, hər ABŞ vətəndaşı il ərzində orta hesabla 600 qazlı içki içir. 
4. Bəs cins şalvarlarınızda olan kiçik cibin nə üçün tikildiyiniz bilirdiniz? Həmin ciblər əslində saat qoymaq üçün nəzərdə tutulub. 
5. Dünyada ən çox velosiped sürülən şəhər Danimarkanın paytaxtı Kopenhagendir. 
6. Nə qədər qəribə olsa da, pivə 2011-ci ilə qədər Rusiyada spirtli içki hesab olunmurdu.
7. ABŞ ştatlarının adlarında olmayan yeganə hərf "Q" hərfidir.
8. Ən uzun müddətli hıçqırığınız nə qədər davam edib? Çünki Çarlz Osborn 1922-ci ildə hıçqırmağa başlamış və 1990-cı ilə qədər hər 10 saniyədən bir davamlı olaraq hıçqırıq keçirmişdi. O, bununla da Ginnesin Rekordlar Kitabına düşüb. 
9. Şotlandiya dili olduqca zəngindir. Adicə həmin dildə qar sözünün ifadə etmək üçün belə tam 421 kəlimə var. 
10. Dünyada "Coca-cola" satışını sadəcə 2 ölkə qadağan edib: Kuba və Şimali Koreya.

Pərviz

0