Rituallara inanaqmı?

21:19 / 08.08.2024
507

Son zamanlar populyarlıq qazanan ritual bir çox insanın diqqətini çəkir. 

Ritualın əsas iştirakçıları qadınlar hesab olunur. 

Bu gün sosial şəbəkələrdə müxtəlif blogerlər tərəfindən rituallarla bağlı paylaşım edilir.

Kimisi arzu, niyyətin kağıza yazılmasını, başqa birisi biləyə hansısa fiqurun və ya rəqəmin yazılmasını məsləhət görülür. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, tarixdə bu kimi işlərlə qaraçılar daha çox tanınırdı:

“Ancaq vaxt keçdikcə bunu istəyənlər mənimsədi və yaydı. Lakin günümüzdə ritualların çirkin işlərdə istifadə olunması onun məcburi zorluqla istifadə olunmasıdır. Bəzən sosial şəbəkələrdə bu kimi video kontentlərdə şirnikləndirici təkliflər qarşımıza çıxır. Sosial şəbəkələrdəki paylaşımlarda göründüyü kimi, sap, qırmızı qələm, kağız və parça üzərində, dəfnə yarpağı, şamlar, yağlar və kartlarla ritual prosesi keçirilir. Bunlar tamamilə qara magiyadır. Qara magiya isə çirkli ayindir, süni prosesdir”.

Sevinc

0