“Qasım otağı nə deməkdir?

MARAQLI
21:18 / 09.08.2024
606

Hər Məhərrəmlik ayında imamlar üçün qurulmuş bir çox təziyə məclislərində “Qasim otağı” deyə bir məvhumla qarşılaşırıq.

Kiçik çadır qurub, ora nəzir atanlar da var, bu çadıra ağı deyənlər də.

Bəs "Qasim otağı" nədir?

Hit.az-ın mövzu ilə bağlı sualını cavablandıran  ilahiyyatçı Hacı Valeh Rzayev bildirib ki, "Qasim otaği" deyildikdə İmam Həsənin (ə) oğlu , imam Əlinin nəvəsi Qasim nəzərdə tutulur. 

“Qasim İmam Hüseynin  Kufəyə səfəri zamanı yeniyetmə yaşlarında olmuş, Aşura günündə israrla döyüş meydanına çıxmağı xahiş etmiş və şücaətlə döyüşərək, şəhadətə yetibmişdir. Bəzi mənbələrin  məlumatlarına görə, Kufə yolunda ikən İmam Hüseyn (ə) öz qızının kəbinini Qasim kəsmiş, Aşura gecəsində onların toyunu təşkil etmişdi. Bu səbəbdən xalq ənənəsində məhərrəmlik günlərində toy otağını simvolizə edən “Qasim otağı” bəzədilir və orada mərsiyə deyilir. Rəvayətlərə görə, Qasim toyunun səhəri günü sübh tezdən şəhadət məqamına çatıb. Ona görə yas məclislərində bu hadisəni xatırladan “Qasim otağı” bəzədilir”, deyə ilahiyyatçı bildirib.

Maraqlıdır ki, Məhərrəm ayında, o qəliyam zamanı Qasim evlənsə də, 1500 ildir imamların xatirəsini əziz tutan müsəlmanlar bu ayda  toy-nişan eləmirlər.

Murad

0