Vasvasılıq, yoxsa psixoloji travma? - Uşağını xlorla çimizdirən analar

MARAQLI
19:23 / 14.08.2024
729

"Yəqin ətrafınızda çoxlarını tanıyırsınız, həddən artıq təmizkarlıqları ilə ad çıxarıblar. İş burasındadır ki, onların etdiyi təmizkarlıq həddini  aşıq. El arasında belə insanlara vasvası, sofu kimi baxılır. Əslində isə bu adamlar sarışan hallar nevrozu xəstəliyindən əziyyət çəkirlər”.

Bu fikirləri Hit.az-a psixoterapevt Mətləb Camalov səsləndirib:

“Sarışan hallar nevrozunun tibbi adı obsessiv-kompulsiv pozuntudur. Bu xəstəlikdən əziyyət çəkənlər müxtəlif hərəkətləri, fikirləri təkrarlayırlar. 
Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort yaradır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Xəstəlik yalnız dərmanla deyil, həm də psixoterapiya ilə müalicə olunur.

Hər 1000 nəfərdən 15-ə qədəri bu xəstəlikdən əziyyət çəkir. Belə xəstələr bilirlər ki, bu düşüncələri doğru deyil, ancaq beynlərindən də çıxara bilmirlər. Mən əlinin dərisi soyulanacan onu fırça ilə təmizləyən, ağzını xlorla yuyan, övladını xlorlu su ilə çimizdirən xəstələr görmüşəm. Əgər anada sarışan hallar nevrozu varsa , o bətnindəki uşağa da keçə bilər, yaş ardıqca xəstəlik kəskinləşir. Ona görə, onun zamanında müalicəsi vacibdir".

Murad

0