Deputatın idman hərəkətləri tənqid olundu

MARAQLI
15:46 / 15.08.2024
645

Depuatat Razi Nurullayev sosial şəbəkə hesabında evindən görüntülər paylaşıb. 

O görünülərdə idman hərəkəti edir.Yataqda  idman lastikləri ilə ayaqlarını hərəkət etdirir.

Qəribədir ki. deputatın bu hərəkəti sərt tənqidlə qarşılaşıb.  Çoxları bunu deputata yaraşdırmadığını, Milli Məclisdə insanları bu hərəkətləri edən adamın təmsil etməsini  tənqidlə qarşılayıb.

Bəs Razi Nurullayev nə edir ki, onu bu qədər asıb kəsirlər? O sadəcə idman edir və sağlam həyat tərzini göstərir. Nə bahalı villa göstərir, nə dəbdəbəli həyat. Milli Məclisdə də daim sosial problemləri qaldırır.

Mən əsla Razi Nurullayevi tərif, təbliğ etmək fikrində deyiləm. O sadəcə bizim alışıq olmadığımız “yumşaq” məmur tipidir, bazburutsuz görünür deyə sevilmir, hədəfə düşür. Bəyəm Avropada bu belə deyilmir. Avropalı məmurların avtobusa qatara minməsini, sadə həyat sürməsini bəh-bəhlə tərifləyib, özümüzünkülərdə bunu görəndə “düşüklük” adlandıran bizik. Qəribədir, deyilmi?

Murad
 

0