Bəzi kişilər xanımının xəyanətini nə üçün bağışlayır? - "Böyük sual yaradır"

MARAQLI
14:14 / 16.08.2024
909

"Xəyanət normal bir şey deyil. Amma hər kəs qərarını özü verdiyi üçün kiməsə qarışmaq haqqımız yoxdur".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həm qadınların, həm də kişilərin həyat yoldaşlarına xəyanət etməsi ilə rastlaşa bilirik:

"Amma hər kəs öz həyatını yaşayır. Bizim kiməsə qarışmaq haqqımız yoxdur. Ümumiyyətlə, çox vaxt qadınlar həyat yoldaşlarının onlara xəyanət etməsini bağışlayırlar. Kişilər isə çox nadir hallarda xəyanət edən xanımı bağışlayırlar".

356112

Psixoloq hansısa kişinin nə üçün həyat yoldaşının xəyanətini bağışlaması barədə isə bunları deyib:

"Böyük ehtimalla, həyat yoldaşının xəyanətini bağışlayan bəylərin xanımına qarşı sağlam olmayacaq dərəcədə bağlılığı olur. Çünki belə bir vəziyyətdə sağlam sevgidən və ya bağlılıqdan söhbət gedə bilməz. Əgər kişi xanımının xəyanətini qəbul edirsə, artıq onu psixoloji olaraq yaxın, tanış və ya qohum gözü ilə görür. Yəni onu həyat yoldaşı, xanımı və ya sevgilisi olaraq görmür".

Müsahibimizin sözlərinə görə, insan həyatında aldığı zərbələrin yaratdığı psixoloji travmalara görə xəyanəti adi hal hesab edə bilər:
"Biz həmin insanın hansı mühitdə, psixologiyada və ya düşüncədə böyüdüyünü bilmədiyimiz üçün xəyanəti niyə bağışladığını anlamırıq. Çünki burada keçdiyi həyat şəraitinin də təsiri ola bilər. Ümumiyyətlə, bəyin xanımının xəyanətini bağışlaması böyük bir sual yaradır". 

Nabat Mirzəyeva vurğulayıb ki, hər bir bəy ona xəyanət edən xanımdan uzaqlaşmalıdır: 

"Əgər evlidirsə, mütləq boşanmalıdır. Çünki istər kişi, istər qadın olmasından asılı olmayaraq xəyanət olan yerdə sağlam münasibətdən əsər-əlamət qalmır. Bəy xəyanəti qəbul edirsə, araşdırılmalı və səbəbinə baxılmalıdır. Bəlkə də, uşaqlığından aldığı travmalar onu xəyanəti belə bağışlayacaq hala gətirib çıxara bilər". 

Pərviz

0