Eskalatorda niyə tələsirik?

MARAQLI
16:58 / 21.08.2024
762

Hər gün metroda bir çox maraqlı hadisələrlə qarşılaşmaq mümkündür.

Heç şübhəsiz ki, bunlardan ən qəribəsi eskalatorda tələsən insanlardır. İşə, məktəbə, universitetə və ya hansısa mühüm görüşə gedərkən bu mənzərənin şahidi olmaq normaldır. Çünki heç kim tələsmək istəmir. Bu da müəyyən mənada həmin şəxslərin necə məsuliyyətli olduğunu və vaxtında çatmaq arzusunu biruzə verir. Nəticə etibarilə, eskalatorda gözləmədən sürətli addımlarla metrodan çıxmağı və gecikməməyi hədəfləyirlər. Buna baxmayaraq, bu addımı normal qəbul etmək mümkün deyil.

Üstəlik, iş vaxtının bitdiyi axşam saatlarında metronun onsuz da həddindən artıq sıxlıq olduğu bir zamanda eskalatorda sürətli şəkildə düşən insanları anlamaq bir qədər çətindir. Çünki nə qədər sürətli düşsələr belə, bir çox hallarda sıxlığı görə üçüncü və ya dördüncü sıradan qatar gözləməyə məcbur qalırlar. 

Ən yaxşı halda ikinci sırada olurlar. Sıra deyəndə qatarı gözləyərkən insanlardan formalaşan təbii sıralardan söhbət gedir. Yəni onsuz da orada kifayət qədər çox insan olduğu üçün onun gedib vaqona minmək ehtimalı aşağıdır. Lakin yenə də gözləmək istəmirlər. 

Nəticədə, 1 dəqiqə öncə yanlarından sürətli addımlarla keçdiyi insanlarla birlikdə vaqon gözləməyə məcbur qalırlar. Hətta bəzən eskalatorda yanından keçdikləri şəxslər belə onlardan tez qatara minməyə nail ola bilirlər.

Uzun sözün qısası, gur saatlarda eskalatordan sürətlə aşağı düşərək sadəcə 15-20 saniyə qazanırsınız. Bu isə bir çox hallarda nə qatara minməyə, nə də gedəcəyiniz yerə tez çatmağa bəs etmir. 

Əksinə, siz aşağı düşərkən eskalator anidən dayansa, yıxıla və ciddi xəsarətlər ala bilərsiniz. Ona görə də yaxşı olar ki, eskalatorda olarkən bir balaca səbrli olasınız. Bu, ilk növbədə sizin sağlamlınız üçün olduqca vacibdir. 

Pərviz

0