Xaricdən gələn qızıl dolu çanta, yoxsa fırıldaqçılıq?

MARAQLI
22:35 / 23.08.2024
681

Pullarımızı kartda saxlayırıq. Lakin bunu  tam təhlükəsiz hesab etmək düzgün deyil. Son zaman bank kartından pul cəkən fırıldaqcilarin sayı hesabı yoxdur.

Məsələn, Temu sifarişləri olanda  xarici bir nömrədən zəng olunur və ev adresiniz istənilir, açağıdakı şəkildə qeyd edilidyi kimi mesaj göndərilir. 

Tez- tez xarici nömrələrdən zəng  edib, kod göndərdiklərini deyirlər. Bu koda daxil olmaq, bank hesablarınızın  hakerlər tərəfindən boşaldılması deməkdir.

Eyni zamanda sosial şəbəkədə dostluq təklifi göndərib, özünü BMT missiyası daxilində  hansısa şərq bölgəsində  işləyən hərbiçi kimi göstərənlər var. Bir gün tanışlıq, sonra eşq elanı, evlənmək təklifi və qurban tora düşəndən sonra ondan  telefon  nömrəsi tələbi. Guya döyüşçü sevgili sənə bir  çanta qızıl göndərəcək, bunu sənin almağını istəyir.  Və göndərdiyi təhlükəli məhsulla şantaja başlayır.

Texniki imkanlar özü  ilə texnoloji dələduzluğu da gətirib. Ehtiyatlı olun, bilin və ətrafınızdakılara da bildirin.

Murad

0