Kişi ev işində qadına kömək etməlidir?

MARAQLI
21:16 / 27.08.2024
690

Ölkəmizdə ailə münasibətlərini tənzimləyən qaydalardan biri də cütlüklərin bir-birinı kömək etməsidir. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bir qisim insanlar, həqiqətən, öz bacarıqlarını daha fərqli şəkildə ortaya qoya bilirlər:

“Onlar öz həyat yoldaşlarına yemək hazırlamaqda, qab və paltar yumaqda kömək etməyib, qadınların digər mənəvi tələbatlarını ödəyərək, onlara yardımçı ola bilərlər. Qadında işləyir, kişi də, hər iki tərəf işdən eyni anda gəlir, ancaq evin işini, biş-düşü qadın hazırlayır. Kişi isə rahat şəkildə ya telefona baxacaq, ya da televizora. Yaxşı olar ki, kişi xanımına köməklik etsin. Belə olarsa , ailə münasibətləri daha möhkəmlənir, cütlüklər bir-birinə daha çox bağlanar”.

Sevinc

0