Gözələ baxmaq savabdırmı?

MARAQLI
22:34 / 27.08.2024
730

İspaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, gözəl qadınlar ilə kişilərin psixi sağlamlığı arasında maraqlı əlaqə var. 

Belə ki, şüuraltı olaraq “gözəl birinə sahib olmaq lazımdır” istəyini daşıyan kişilər əldə edə bilməyəcəkləri bir qadınla eyni mühitdə olduqlarında həyəcana qapılırlar və təşviş keçirirlər. Bu da hormonal disbalansa gətirib çıxarır. Ən sonda isə yüksək kortizol səviyyəsinin ürək problemlərinə yol aça biləcəyi də xüsusilə qeyd olunub.

Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində bildirib ki, hər bir insanın ruhu, zəkası və gözü daima gözəllik axtarır: 

“Məlumdir ki, qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər. Ona görə də kişilər gözəl qadın görəndə, gözlərini ondan asanlıqla çəkə bilmirlər. Və bunu hətta ətrafda olanlar da asanlıqla müşahidə edə bilir. Ümumiyyətlə, kişilərin gözəllik haqqında düşüncəsi fərqlidir. Bəzi kişilər qadının üz cizgisinə, bəziləri bədən quruluşuna və hətta bəziləri isə qadın sinəsinə aşiq olur. Bəzi kişilər isə qadının dünya görünüşünə, zəkasına önəm verir. Bəli, gözələ baxmaq savabdır. Ancaq elə etmək lazımdır ki, qarşı tərəf və ətrafdakılar baxışdan narahat olmasın, bunu hiss etməsin”.

Sevinc

0