Hit.az “Hüququmuzu bilək” rubrikasında daha bir suala cavab verir.
Sualımız belədir: Neçə manatdan yuxarı oğurluq və dələduzluq cinayət hesab olunur?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, törədilmiş oğurluq və ya dələduzluğun məbləği 500 manatdan aşağıdırsa, bu cinayət hesab olunmur.:
“Yəni bu məbləğdə bir işlə bağlı cinayət işi açılmır, xırda talançılqı kimi inzibati məsuliyyətə cəlb edilmə ilə nəticələnir.İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 160 saatdan 240 sata qədər ictimai iş və ya inzibati qaydada həbs tətbiq edilir”- deyə o qeyd edib.
Murad