Əncirfərəc nədir?

MARAQLI
22:16 / 03.09.2024
990

Əncir mövsümüdür. Bakılılardan başqa az adam bilir ki, əncirdən qışa tədarük üçün çox ləzzətli və yüz dərdə dərman olan əncirfərəc hazırlamaq olar.

Hit.az-a danışan şirniyyatçı Nailə Çələbiyeva bildirib ki, Bakı kəndlərində ənzirfərəcə bəzən zəncirfərəc, zincirfərəc də deyilir. Bu şirniyyat əslini Bakıdan götürüb:

“Ənciri ətçәkәn maşından keçirib üzərinə bir qədər doşab və un əlavə edilir. Qarışdırılaraq bişirilir, bərkimiş kütlənin içərisinə  döyülmüş әdviyyat qarışığı - razyana, qara vә әtirli istiot, zәncәfil, darçın, mixәk әlavә edilir. Bəzən qırılmış qoz , fındıq ləpəsi də atmaq olar. Hazır mәhsul nazik tәbәqә halında yağ çәkilmiş tavada yayılıb qurudulur vә paxlava şәklindә doğranılır. Əncirfərəc təbii məhsul olduğu üçün pəhrizdə olanlar da ondan istifadə edə bilərlər. Çayla içmək üçün əvəzsiz nemətdir. Mədə- bağırsaq sisteminə faydalıdır".

Murad

1