Kimlərin sevgidə bəxti gətirmir?

MARAQLI
23:04 / 03.09.2024
429

Bu gün bəzi cütlüklər sevgidə bəxtsiz olduğunu iddia edir.

Kimisi sevginin yalnız tək tərəfli olduğunu, başqa birisi isə sevginin müəyyən müddət sonra bitdiyini bildirir. 

Onlara görə o cütlüklər sevgidə bəxti gətirməyənlər qrupuna aiddir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, sevgi həm özünün, həm də özünü tapdığın partnyorun xoşbəxtliyidir: 

“Bizim cəmiyyətdə sevgini sahiblənmək kimi başa düşürlər. Bu qız mənimdir, o oğlan yalnız mənim olmalıdır. İkili münasibətlərdə cütlüklər ünsiyyətdə mənimsəmək duyğusunun quluna çevrilirlər, bu da təbii cütlükləri bir-birindən uzaqlaşdırır. Sevgi mənəvi kamilliyin təməli olması ilə yanaşı, həm də əsas şərtidir, yəni insanın sevərək öz "mənini" tapması mümkündür. Cütlüklər “Mən” deyən olmalıdır, “mənimdir” düşüncəsi ilə yanaşdığı üçün onları münasibəti uzun çəkmir. Bu düşüncədən uzaqlaşsalar onların da sevgidə bəxti gətirəcək”.

Sevinc

0