40 yaş ad günü niyə keçirilmir?

MARAQLI
20:40 / 02.10.2024
571

Böyüklərdən tez-tez eşitdiyimiz cümlələrdən biri də 40 yaşı keçirməməyimizdir.

Bunun səbəbini soruşduqda isə onlar bu yaşı qeyd etməyin bizə uğursuz və bədbəxtlik gətirəcəyini inadla bildirirlər.

Ancaq heç bir səbəb göstərilmir.

Maraqlıdır, 40 yaş üçün ad günü niyə keçirilmir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəzi insanlar 40 yaşın uğursuzluğuna inanır:

“İddia olunur ki, guya kimsə 40 yaş ad günü keçirsə, o şəxsin o ili uğursuz olacaq, həyatı çətinliklərlə dolu olacaq. Ancaq bu bir mifdir. İnsanlar 40 yaşını tamamlayanda ömrunun yarısını yaşadığını başa düşür və geri qalan ömrünü sağlıqlı keçirtmək, uzun müddət yaşamaq  istəyir. 40 yaş ad günü  keçirməyin uğursuz olması barədə hər hansı bir məlumat yoxdur. Bu haqda nə dini, nə də elmi kitablarda məlumat yoxdur. Sadəcə insanlar arasında yayılmış mifdir. O qədər elə insan tanıyıram 40 yaş ad günüsü təntənəli şəkildə keçirib, o  insana heç nə də olmayıb. Bu cür düşüncələrdən uzaq olmaz lazımdır”.

Sevinc

1