Evdən çıxanda qarşınıza qara pişik çıxırsa, işimizin düz gətirməyəciyini düşünürük.
Dogrudan da, yolda gedəndə qarşımıza qara pişik çıxarsa, işimiz, həmin günümüz tərs olacaq?
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, evdən çıxanda qarşınıza qara pişik çıxırsa, işiniz düz gətirmirsə, bunda pişiyin, nə də onun rənginin günahı var:
"Beynimiz istəklərimizi icra edir. Mən həyatımda və yaxınlarımın həyatında elmi bir istinadı olmayan məlumatı keçərli saymıram. Ancaq onu da nəzərə almaq lazımdır ki, ümumiyyətlə insan inancı elədir ki, nəyi sınayırsa, o, gerçəkləşə bilər. Çünki insanlar düşüncələri ilə həyatlarını formalaşdırırlar. Bir sözü nə qədər çox təkrar etsən o baş verir, nədən çox qorxsan onu yaşayırsan. Çünki insan düşüncələrindən ibarətdir. Batil inanclara inanmamaq və sınamamaq çox önəmlidir. Qarşınızdan qara pişik keçdiyi zaman onun da bir canlı olduğunu düşünüb gülümsəyin, gecə güzgüyə baxıb, gözəl olduğunuzu ağlınızdan keçirin".
Sevinc