Ölümdən əvvəl insan hansı hissi keçirir?

MARAQLI
21:37 / 07.10.2024
480

Ölümdən əvvəl insanların hansı hissi keçirdiyi bəzi şəxsləri narahat edir.

Maraqlıdır, insan ölümdən əvvəl hansı hissləri keçirir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ölümdən əvvəl insan yuxudan, yeməkdən və sudan enerji ala bilmir: 

"Bu, huşsuzluğa bənzəyir. Ölüm ayağında olan insan belə hallarda ağrı, qorxu hiss etmir. Bununla yanaşı, öləcəyini bilən insan peşmançılıq hissi keçirir. Bu peşmançılıq onun yaşamadıqları ilə bağlıdır. Kaş ki, başqalarının məndən gözlədiyi həyatı yaşamaq əvəzinə, xəyallarımı gerçəkləşdirməyə cəsarətim olaydı və ya kaş ki, bu qədər çox işləməsəydim fikrinə qapılır və duyğusallaşır. Özünə xoşbəxtlik vermədiyinə görə özünü günahlandırır, yaşamadıqlarına üzülür. Kənardakı insanlar onun üzüntü görüb elə bilir ki, o öləcəyi üçün üzülür. Ancaq belə deyil, kaşkilər onu narahat edir".

Sevinc
 

0