Niyə oğlan uşaqlarına rəngli paltar geyindirmirlər? - Babalardan gələn ənənə

MARAQLI
20:59 / 08.10.2024
502

Ölkə mentalitetinə uyğun olaraq , bəzi kişilər var ki, güclü cinsin nümayəndəsinin rəngli (qırmızı, çəhrayı, bənövşəyi rənglər) paltarlar geyinməsinə tənqidi yanaşır.

Amma son zamanlarda bu düşüncələr getdikcə sıradan çıxır. 

Maraqlıdır, bəs, buna səbəb nə olub? Niyə oğul valideynləri övladlarına rəngli geyinməsini istəmir?

Mövzu ilə bağlı Hit.az-a psixoloq Sevinc Əliyeva münasibət bildirib. 

Onun sözlərinə görə, bu düşüncədə olan kişilər övladlarının rəngli geyindikdən sonra cinsini dəyişdirəcəyi ilə nəticələnməsindən qorxurlar:

“Öncə azyaşlılardan danışsaq, onlar hələ cəmiyyətdə gender stereotipləri barədə xəbərsizdilər. Amma deyim ki, bu düşüncənin kökü lap əvvəllərə dayanır. Keçmişdə də atalarımız, babalarımız tünd rənglərə üstünlük veriblər. O zamandan indiyə qədər bu belə davam edib. 
“Qız kimi” rənglərdə olan paltarlar yox, hətta oyuncaqlar belə almayan valideynlərlə qarşılaşırıq. Pasientimdən soruşuram ki, buna səbəb nədir? Mənə verdiyi bir tək cavab var: “Bu oğlandı, qız kimi rənglər niyə alım.

Düşünmək vacibdir ki, belə ayrı seçkilik etmək gələcəkdə həmin uşağın psixologiyasında iz salacaq. Valideynlər bilməlidir ki, hormonal sistem geyimin rəngindən asılı deyil. Onlar bu addımı atdıqca övladlarını bilmədən bu istiqamətə yönəltmiş olurlar. Bu stereotiplər tamamilə qırılmalıdır. Geyimlərdəki rəng seçimi insanın xarakterindən asılıdır”. 

Murad

0