Xoşbəxt ailə həyatının əsasını təşkil edən nüanslardan biri də həyat yoldaşımızın bacısı, yəni baldızımızla münasibətlərin yaxşı olmasıdır.
Həm gəlin baldızını, həm də baldız gəlini bacısı kimi sevə bilməlidir.
Təəssüf ki, baldız gəlin münasibəti iki bacı kimi olmur.
Bu günlərdə Şəmkirin Sarıtəpə kəndində gəlinin baldızı tərəfindən döyülməsi ilə bağlı məlumat yayıldı.
Qeyd edək ki, bu kimi hadisələr zamanla yaşanıb.
Məsələ ilə bağlı fikir bildirən sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, qayınana, baldız gəlini ailəyə adaptasiya etdirmək üçün müəyyən mücadilələr aparırlar. Nəticədə isə gəlin-baldız-qayınana triadası hökm sürür:
“Qayınana və baldız qarşı tərəfi dəyişdirmək üçün, həm də öz doğmalarını bölüşə bilmədikləri üçün içlərində olan hissi, duyğunu daha tez büruzə verir. Baldızın gəlini döyməsi, əl qaldırması düzgün deyil. Hadisənin bu səviyyəyə çatmasında bəyin rolu var. O ailəni elə səviyyədə saxlamalıdır ki, nə yoldaşı incinsin, nə də ana bacısı. Ancaq bəy nə bacısına söz deyə bilir, nə də yoldaşına. Nəticədə xanımlar arasında məişət problemi böyüyür və bu hala çatır. Kişinin zəif olması münasibətlərin bu hala çatmasına səbəb olur”.
Sevinc