Telefon və kompüterdəki proqramlar vasitəsilə istənilən fotonu effekt vasitəsilə dəyişmək mümkündür.
Bu proqramlar sayəsində insanlar burnunu kiçildir, üzdəki sızanaqları yox edir, saçın, gözün, dərinin rəngini dəyişir, dodaqları dolğunlaşdırır, üzü hamarlaşdırır.
Bir sözlə proqramda dəyişilmiş şəkillə şəxs arasında heç bir əlaqə qalmır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, qızlar fotoları ilə oğlanları aldadırlar:
“Gənc qızlar bu fotolara belə meyllidirlər, bir dəfə də olsun biz onların şəkillərini effektsiz görə bilmirik. Effekt şəkillərinə görə nə qədər insan məyus olub. Qız oğlana proqramla bəzədilmiş, sarışın qız şəkli göndərir. Realda qarşılaşanlar əks mənzərə ilə üzləşir. Bu düzgün deyil. Insanlar effekt şəklinin düzgün olmadığını təbliğ etməlidir. Özümüz kimi olmalıyıq. Bu gün necəyəmsə, o cür də şəkildə düşməliyəm. insanları aldatmaq nəyə lazımdır, axı səni tanıyan bilir ki, sən belə deyilsən”.
Sevinc