Evindən çıxmadan Everesti "fəth etdi": 8800 metr məsafə...

MARAQLI
23:17 / 11.10.2024
548

ABŞ-da bir adam evindən çıxmadan Everest zirvəsini "fəth edərək" rekorda imza atıb.

HİT.az bu barədə UPI.com-a istinadən xəbər verir. 

O, pilləkənləri qalxıb-enərək tələb olunan məsafəni qət edib.

Las-Veqas sakini Şon Qrizli Everest dağı hündürlüyünü ən sürətli qalxıb-enərək Ginnesin Rekordlar Kitabına düşüb. Bunun üçün o, 22 saat 57 dəqiqə evinin pilləkənləri ilə qalxıb enib.

Beləliklə, Şon Qrizli Everestin hündürlüyünə uyğun gələn 8800 metr məsafəni qət edib. Kişi bütün prosesi sosial şəbəkələrdə yayımlayıb.

"Mən bu rekordu təyin etmək qərarına gəldim, çünki bunu əvvəllər heç kim etməmişdi", deyə amerikalı bildirib.

Kişi əlavə edib ki, onun aksiyasında məqsəd həm də psixi problemləri olan insanlara kömək etmək üçün vəsait toplamaqdır.

"Mənim öz psixi sağlamlığımla bağlı çətinliklərim olub, ona görə də bu xeyriyyəçilik mənim ürəyimə çox yaxındır", deyə o bildirib.

Samir

0