Hansı qadın ifadələri kişiləri xoşbəxt edir?

MARAQLI
23:33 / 15.10.2024
488

Demək olar ki, münasibətlərdə hamının inandığı bir qayda var:

“Sevgi yalnız qadına göstərilməlidir”. 

Bu deyim dildən-dilə dolaşsa da, günümüzdə öz gündəmini itirməyə başlayıb. 

Xarici mütəxəssislərin apardığı araşdırmalar onu göstərir ki, müasir dövrdə sevgini tək qadınlar yox, kişilər də gözləyir. 

Bəs, reallıq necədir? Kişilər qarşı tərəfdən sevgi gözləyirmi?

Bu barədə Hit.az-a açıqlama verən münasibətlər üzrə mütəxəssis Arzu Əsədova deyib ki, kişiləri sərt, qaraqabaq kimi ağlımızda canlandırsaq da, onların sevgiyə ehtiyacı olduğunu unutmamalıyıq:

“Dünyanın sevgi xilas edəcək”- deyiblər. Günümüzdə deyilən bu fikir öz təsdiqini dəfələrlə tapıb. “Qadınlar qulaqları ilə sevir” deyirlər. Bəli, elədir. Amma kişilərin də sevgi hissləri olduğunu, gözəl söz eşidəndə xoşları gəldiyini unutmaq olmaz. Amma bəzi cümlələr və ifadələr var ki, kişiləri çox xoşbəxt edir. 

"Mən səni sevirəm" – Yoldaşınıza tez-tez sevginizi etiraf edin. Hətta münasibətlərin başlanmasından illər keçsə belə bu sözlər onu çox xoşbəxt edəcək. 

"Sənsiz nə edəcəyimi təsəvvür edə bilmirəm" - Yoldaşınıza etibar etdiyinizi göstərin. Sevdiyiniz insanı onunla xoşbəxt olduğunuza inandırın.

"Sənin yanında özümü yaxşı hiss edirəm" - Həyat yoldaşınızla birlikdə olduğunuz zaman özünüzü təhlükəsiz və xoşbəxt hiss etdiyinizi tez-tez xatırladın.

“Sən mənim və uşaqlarımız üçün çox şey edirsən. sənə heyranam" - Ailə xoşbəxtliyinə ərinizin töhfəsini laqeyd yanaşmayın. Sevdiyiniz insanın səylərinə və nailiyyətlərinə diqqət yetirin.

“Sən edə bilərsən! Mən sənə inanıram!" - Və çətin dövrlərdə tərəfdaşınıza dəstək olun. Kişi yoldaşının onun tərəfində olduğunu hiss etməlidir”.

Murad

0