Tarixin istənilən dövründə falçılıqla məşğul olanlar olub. Müasir dövrdə də bu işlə məşğul olanlar, hətta fala inananlar da az deyil.
Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, falçıya gedən insanlar əsasən motuvasiyası zəif, yaşadığı hadisələrdən təsirlənib çıxış yolunu görə bilməyənlər, depressiyada olan şəxslərdir:
“Dələduz falçılar daha artıq pul almaq üçün insana bədənində cin olduğu, bəxtinin bağlı olduğu və bu kimi digər yalanlar uydurur. Nəhayətində həmin insan ağır depressiyaya düşə, yaxud intihar həddinə çata bilir. Falçı şəxsi düzəltmək yox, bacardığı qədər pul qoparmaq istəyir. Düşünək ki, falçının özü ağıllı kəs olsaydı, qəbuluna çox sayda adam yığmaq əvəzinə pul qazanmağın daha asan yollarını tapardı. Unutmaq lazım deyil ki, fal insanın psixologiyasına da mənfi təsir edir. Falçının yanına getmək həm psixoloji, həm də energetik cəhətdən təhlükəlidir. Elə mənəvi cəhətdən də bu heç yaxşı iş deyil. Bir çoxları falçıya başqalarına pislik etmək üçün gedirlər. Bütün bunları bir araya gətirdikdə anlamaq olur ki, niyə islam dini falı pisləyir”.
Sevinc