Sabun çirkləri necə təmizləyir? - Kimyaçı danışır

MARAQLI
22:39 / 18.10.2024
454

Sağlamlıqla təmizlik arasında əlaqə hələ qədim zamanlardan yaranıb. Təmizlik deyəndə isə ilk ağıla gələn əl yuma, əl sabunlamadır. Elə son illər dünyada yayılan koronavirus pandemiyasında da sabunla əl təmizləmə şüara çevrilib.

Maraqlıdır, sabun çirkləri necə təmizləyir?

Onun tərkibində olan hansı maddə bu işə baxır?

Bu barədə Hit.az-a açıqlama verən kimyaçı Aygün Xəlilov deyib ki, sabunun daxilində olan iki molekul bu nəticəyə gətirir:

“Sabunun daxilində olan molekullar iki cürdür. Bu molekullardan biri yağı və çirki özünə çəkir, digəri isə suyu. Bunun sayəsində kiri su ilə əhatə edib, suda həll edir. Və buna görə də sabun effektiv şəkildə kir və yağları təmizləyicisi sayılır”. 

Sabunun rəngindən asılı olmayaraq, köpüyü həmişə ağdır. Bəs, bunun səbəbi nədir?

“Bunun səbəbi sırf suyun molekulyar strukturundan asılıdır. Molekulyar strukturda nazik hava qabarcıqlarına işıq dəydiyi zaman onu hər tərəfə səpələyir. Buna “diffuzor səpələmə” deyilir. Və məhz bu diffuzor səpələnməyə görə işıq hər tərəfə yayılır. Yayılan işıq da ağ rəng verir. Nəticədə sabunun rəngindən asılı olmayaraq köpük hər zaman ağ rəng olur".

Murad
 

0