Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
İtən əşyaların tapılmasına görə bəxşiş verilə bilər?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, itən əşyanı tapan şəxsə bəxşiş düşür:
“Mülki Məcəllənin 186-cı maddəsinə əsasən, səlahiyyətli şəxs əşyanı qəbul edərsə, onu tapan şəxs əşyanın dəyərinin 5 faiz miqdarınadək bəxşiş verilir. Eyni zamanda, onun saxlanması xərclərinin əvəzini ödəməyi səlahiyyətli şəxsdən tələb edə bilər. Əşyanı tapan tapıntı barədə məlumat verməmiş və ya onu gizlətməyə cəhd göstərmişdirsə, bu zaman bəxşiş alma hüququ aradan qalxır”.
Murad