İnsanlar bir-birinə sevgisi nə zaman sönür? - Mütəxəssis açıqladı

MARAQLI
23:34 / 22.10.2024
453

Sevgi insanı həyata bağlayan, yaşaması üçün dayaq olan əsas hisslərdən biridir. Hər kəsi həyatı boyu ən azı bir dəfə kimisə sevib və aşiq olub. Bəzilərində bu sevgi evliliklə sonlansa da, digərlərin də ayrılıqla nəticələnir. 

Maraqlıdır, bəs, sevgi nə zaman sönür? 

Bu barədə Hit.az-a açıqlama verən sevgi münasibətləri üzrə psixoloq Xədicə Hüseynli deyib ki, sevgi heç zaman bir anda sönə bilməz, bunun özünə məxsus mərhələləri var:

“Sevginin sönmə prosesi çox uzun və təbii ki, xoşagəlməzdir. Bu proses 4 mərhələdən ibarətdir. İlk mərhələləri var ki, həmin anda bunun fərqinə varsalar, danışaraq, münasibəti yenidən canlandıra bilərlər. Təəssüf  ki, bir çox adam bunun fərqinə varmır, fürsətdən istifadə etmir. 

İlk mərhələ tərəfdaş barəsində beynində yaratdıqları məyusluqla bağlıdır. Bir-birilərini tanıdıqca qüsurlar ortaya çıxır. Bu da məyusluq doğurur. Danışıb həll etmək əvəzinə keçəcəyini düşünürlər, amma nəticə elə olmur. Soyuqluq yaranır. 

Əgər ilk mərhələdə heç bir tədbir görməsəniz, məyusluq incikliklə əvəzlənəcək. Bu mərhələdə tərəfdaşlar çox tez-tez mübahisə etməyə başlayacaqlar. Bununla belə, sevgi hələ də qalacaq, buna görə də münasibət xilas ola bilər.

Digər mərhələ qaçmaqdır. Məyusluqla üzləşən hər kəs gec-tez tərəfdaşının düzəlməz olduğu qənaətinə gələcək. Belə bir vəziyyətdə boş vaxtlarınızı onunla keçirmək istəməyəcəksiniz. 

Sonuncu mərhələ sakitlikdir. Bu mərhələdə artıq sevgi ölüb. Dava, mübahisə, münaqişələr yoxdur. Sakitlik sürür. Hər iki tərəf öz həyatı ilə məşğuldur”.

Murad

0