Halloween bayramı ölkəmizdə keçirilməlidirmi?

MARAQLI
17:23 / 23.10.2024
562

Azərbaycanda bir çox milli adət-ənənələrə xas olmayan bayramlar keçirilir.

Belə bayramlardan biri də son bir neçə ildə məşhurlaşan Halloween (Hellouin) bayramıdır. 

Son illərdə ölkəmizdə bu bayramı bir çoxları xüsusi geyimlər geyinərək, qrimlənərək keçirirlər.

Amma ölkədə bir çoxları, bu bayramın bizə yad olduğunu əsas gətirərək , onun belə təmtəraqla qeyd olunmasına etiraz edirlər. 

Maraqlıdır, Halloween adlı bayram Azərbaycanda qeyd olunmalıdırmı? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, belə bayramların əvəzinə milli adət-ənənələri özündə əks etdirən bayramlar təşkil etmək lazımdır: 

“Hər bir xalqın milli mentaliteti, tarixi kökləri, adət-ənənələri var. Eyni zamanda hər bir xalqın öz bayramları var ki, o, onları keçirməlidir. Halloween-in Azərbaycanda keçirilməsinin qəti əleyhinəyəm. Azərbaycanın milli adət —ənənəsinə zərbə vurmaq üçün məhz belə bayramları yayırlar. Halloween uşaqların psixologiyasına mənfi təsir edir və korlayır”.

Sevinc
 

0