Demək olar ki, hər bir kəs ömründə ən az bir dəfə yatan zaman kabus görüb.
Maraqlısı isə gecələr qorxaraq, yuxudan ayıldığımızda kabuslar yaddaşımızda qalır.
Maraqlıdır, biz niyə kabus görürük? Buna səbəb nədir?
Bu barədə Hit.az-a açıqlama verən yuxu və astrologiya üzrə mütəxəssis Nuray Xəlilova deyib ki, kabuslar insanın gün ərzində yaşadığı hadisələrlə əlaqəlidir:
“Kabusların süjetləri əsasən insanların şəxsi xüsusiyyətlərindən asılıdır. Çox vaxt kabuslar ölüm və ölülər barəsində, fəlakətlər və qəzalar haqqında olur. Müasir psixologiyada kabuslardan danışsaq, insan orqanizminin travmatik hadisələrə, travma sonrası pozğunluqlara və ağır stresslərə reaksiyası kimi qəbul edilir. Yəni, hər birimiz yuxuda gün ərzində bizi narahat edən şeylərə işarə olaraq kabus görürük. Eyni zamanda, antidepresanlar, antibiotiklər, hipotonik dərmanlar da yuxu pozğunluğuna təsir göstərir. Diabetli insanlarda kabuslar hipoqlikemik agentləri qəbul edərkən hipoqlikemiyanın nəticəsi ola bilər”.
Murad