Smayliklərdən tez-tez istifadə edənlərin nəzərinə...

MARAQLI
17:20 / 27.11.2024
44

Son zamanlar insanlar telefonla kiməsə nəsə yazarkən sözlərə deyil, daha çox smayliklərdən istifadə etməyə üstünlük verir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, smayliklər insanların yol yoldaşı sayılır:

“Kiminləsə yazışarkən fikrini qısa şəkildə izah etmək istəyən şəxs smayliklərdən istifadə edir. Hər bir smaylikin öz mənası var. Darıxmaq, inşallah olar, öpürəm, kitab oxuyuram, ailə, rəqs və s. kimi mənalarda smayliklərdən istifadə olunur. Emojilərdən istifadə insanların zehni rifahını yaxşılaşdırır. Bununla yanaşı smayliklərdən mütamadi istifadə etmək ünsiyyət bacarığını da azaldır”.

Sevinc
 

0