Xoşbəxtliyin pulda olub-olmaması illərdir müzakirə olunur.
Bir qisim insanlar xoşbəxtliyin pulda olduğunu, bəziləri pulun xoşbəxtlik gətirmədiyini iddia edir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, xoşbəxtliyin sərhədi yoxdur. İnsanın gəliri nə qədər yüksəkdirsə, gün ərzində həyatından bir o qədər çox razı və məmnunluq halı da çox olur:
“Ayda 10000 min manat maaş alan insanla, aylıq gəliri 500 manat olan şəxs eyni dərəcədə xoşbəxt ola bilər. Elə zəngin insanlar var ki, onların pulu, evləri, maşınları var, maddiyat sıxıntısı yoxdur. Lakin o insanlar təkdir. Məncə, ən böyük zənginlik insanın tək olmamasıdır. Tarixən elə milyonçular olub ki, onlar öləndə tək olduqları üçün sərvətlərinə görə peşman olub. Pul ehtiyacımızı ödəmək üşün vacib nəsnədir, ancaq xoşbəxtlik onda deyil”.
Sevinc