Havalar soyuyar soyumaz sakinlər arasında nara zılıq yaradan məsələlərdən biri istilik sistemləri ilə bağlıdır.
Hər kəsin tək fikri evi necə isidilməsi ilə bağlıdır.
Maraqlıdır, soyuq havada evi nə ilə yaxşı isitmək olar?
Bu barədə Hit.az-a açıqlama verən santexnik Vüqar Qafarov deyib ki, soyuq havada evi yaxşı isitmək üçün bir neçə effektiv üsul mövcuddur:
“Qaz, neft və ya elektriklə işləyən mərkəzi istilik sistemləri evi bərabər şəkildə isidir. Bu, böyük evlər üçün xüsusilə yaxşıdır. Qazla və ya elektriklə işləyən radiatorlar evin müxtəlif hissələrini tez isidir. Yüksək güclü elektrik istilik panelləri də evdə istənilən yerin tez bir zamanda isidilməsinə kömək edir. Elektriklə işləyən keramika qızdırıcıları həm səmərəlidir, həm də daha az enerji sərf edir. Evin içindəki hava dövranını yaxşılaşdırmaq üçün dövri olaraq, hava dəyişdirmək lazımdır. Bu, havanın təravətləndirilməsini və istilik itkisini azaldır”.
Murad