“Qorxular mənfi düşüncənin nəticəsidir” - PSİXOLOQ

MARAQLI
19:06 / 17.12.2024
68

Qorxu, insanların və heyvanların təhlükə və ya təhlükəli vəziyyətlərə qarşı verdiyi təbii bir reaksiyadır. 

Bu, bədənin özünü qorumaq üçün hazırladığı bir mexanizmdir və həyatımızı qorumağa kömək edir. 

Qorxunu yenmək üçün bir neçə effektiv üsul mövcuddur. 

Hər bir insanın qorxuları fərqli olduğuna görə, bu üsullar fərqli şəraitlərə və fərdi təcrübələrə uyğunlaşır.

Maraqlıdır qorxunu yenməyin hansı üsulları var?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Sevinc Əliyeva deyib ki, qorxduğunuz şeyə qarşı hazır olsanız, o zaman daha az narahat olarsınız:

“Qorxunun nə zaman və nə səbəbdən meydana gəldiyini müəyyənləşdirmək, onu idarə etməyə kömək edə bilər. Öz qorxularınızı dərk etməklə, onlar üzərində düşünmək və onları anlamaq mümkün olacaq. Qorxu hissi bədənimizin fiziki reaksiyalarını işə sala bilər. Dərin nəfəs alma texnikaları və rahatlama üsulları, bədəninizin fiziki reaksiya verməsini yavaşladacaq və sakitləşməyə kömək edəcək. Bəzən qorxularımızı qəbul edərək, onlarla üzləşmək və onlarla kiçik addımlarla mübarizə aparmaq qorxunu azaltmağa kömək edir. Bu üsul "desensitizasiya" adlanır və tədricən qorxunun öhdəsindən gəlməyə imkan verir. Qorxu duyğusu bəzən mənfi düşüncələrin nəticəsidir. Özünüzü qorxudan azad etmək üçün müsbət düşünməyə çalışın. Qorxunun sizi idarə etməsinə icazə verməmək üçün hər zaman müsbət nəticələri düşünməyə və başınıza gələn hər şeyin ən yaxşısını gözləməyə çalışın”.

Murad
 

0