Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Yağışlı havada maşından palçıq sıçradan şəxs cərimə edilə bilər?
Mövzu ilə bağlı Hit.az-a hüquqşünas Adil Piriyev danışıb:
“İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, su və ya palçığın yolda piyadalara, nəqliyyat vasitələrinə, binalara qəsddən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə edilir”.
Murad