NASA-nın keçmiş astronavtı Leroy Çiao təyyarəsi ilə uçarkən az qala sirli “metal kürələrlə” toqquşacağını iddia edib.
HİT.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Onun sözlərinə görə, UNO ilə qarşılaşma 2023-cü ilin avqustunda Texas ştatı üzərində baş verib. Çiao Koloradodan Hyustona gedən təyyardə olub. Astronavt iki kilometr yarım hündürlükdə olanda qəribə cisimləri görüb. Onun sözlərinə görə, təyyarənin altından sol tərəfdə iki böyük metal kürə yanıb.
Çiao əlavə edib ki, o, təxminən bir saniyə baxış sahəsində olmasına baxmayaraq, kürələrə yaxşı baxmağı bacarıb. Astronavt qeyd edib ki, obyektlər təyyarənin radarında göstərilməyib və nəzarətçi onlar haqqında heç bir məlumat verməyib. Keçmiş astronavt bunların hərbi proqramlarla əlaqəli ola biləcəyini söyləyib, lakin onların mənşəyini dəqiq müəyyən edə bilməyib.
Dekabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amerikalıların müşahidə etdiyi sirli dronları vurmağa çağırıb. O, etiraf edib ki, ölkə boyu “sirli dronlar” peyda olur. Tramp qeyd edib ki, hökumətin xəbəri olmadan bunun baş verməsi mümkün deyil.
Dekabrın 12-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, federal qurumlar Nyu Cersi sakinlərinin hansı dronlara diqqət yetirdiyini hələ dəqiq müəyyən edə bilmirlər. Eyni zamanda, onun sözlərinə görə, araşdırma nəticəsində milli təhlükəsizlik və vətəndaşlar üçün hər hansı risk aşkar edilməyib və pilotsuz uçan aparatların fəaliyyəti zərərli və ya cinayət xarakterli görünmür.
Samir